"Qarabağ" komandası Azərbaycana qayıdıb

"Qarabağ" komandası Azərbaycana qayıdıb Heydər Əliyev Beynəlxalq Hava Limanında komandanı çoxlu sayda azarkeş qarşılayıb
Futbol
24 Avqust , 2017 09:32
Qarabağ komandası Azərbaycana qayıdıb
Report.az

Bakı. 24 avqust. REPORT.AZ/ Danimarkada "Kopenhagen"lə təkrar "pley-off" matçındakı sərfəli nəticə sayəsində Çempionlar Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ" komandası Vətənə qayıdıb.

"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında komandanı çoxlu sayda azarkeş qarşılayıb.

Fanatlar önünə ilk çıxan klubun vitse-prezidenti Tahir Gözəl təbrikləri qəbul etdikdən sonra onları qarşılamağa gələnlərə təşəkkürünü bildirib. Daha sonra tərəfdarlar baş məşqçi Qurban Qurbanov və futbolçuları bir-bir alqışlayıblar. Komanda üzvləri onları gözləyən avtobusa minərək, hava limanını tərk ediblər.

Qeyd edək ki, "Qarabağ" Bakıda 1:0 hesabı ilə yendiyi "Kopenhagen"ə Danimarkada 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb. 

Son xəbərlər

Orphus sistemi