"Qarabağ" klubu mövsümün hazırlıqlarına legionerlərsiz başlayacaq

"Qarabağ" klubu mövsümün hazırlıqlarına legionerlərsiz başlayacaq Bakı. 12 iyun. REPORT.AZ/ Qarabağ klubu bu gün Azərsun Arenada bir araya gələrək növbəti mövsümün hazırlıqlarına start verəcək.
Futbol
12 İyun , 2018 12:47
Qarabağ klubu mövsümün hazırlıqlarına legionerlərsiz başlayacaq
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ "Qarabağ" klubu bu gün "Azərsun Arena"da bir araya gələrək növbəti mövsümün hazırlıqlarına start verəcək.

Klubdan "Report"a verilən məlumata görə, ilk məşqdə Ağdam təmsilçisinin legionerləri iştirak etməyəcəklər. Həmçinin yoldaşlıq oyunları üçün milli komandaların düşərgəsində olan oyunçular da hələlik hazırlıqlara qatılmayacaqlar. 

Qeyd edək ki, "Qarabağ" iyunun 20-də Avstriyada təlim-məşq toplanışına start verəcək. Komanda toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam klubu iyunun 23-də Bolqarıstanın "Ludoqorets", iyunun 26-da Avstriyanın "Vakker İnsbruk", iyunun 30-da Suriya milli komandası, iyulun 4-də isə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi