"Qarabağ" klubu isveçli hücumçusu ilə yollarını rəsmən ayırıb

"Qarabağ" klubu isveçli hücumçusu ilə yollarını rəsmən ayırıb Bu barədə futbolçunun özü sosial şəbəkədə yazıb
Futbol
23 May , 2016 18:37
Qarabağ klubu isveçli hücumçusu ilə yollarını rəsmən ayırıb

Bakı. 23 may. REPORT.AZ/ "Qarabağ" klubu futbolçusu Samuel Armenterosla yollarını rəsmən ayırıb. "Report"un məlumatına görə, bu barədə isveçli hücumçu şəxsi "Twitter" səhifəsində yazıb.

O, artıq azad agent statusu aldığını bildirib. Armenteros bunu xoş xəbər kimi paylaşıb: "Bu yaydan azad transfer statusluyam. Bu, həmişə xoşdur".

26 yaşlı forvard üçün son oyun mayın 25-də "Neftçi" ilə keçirəcəkləri ölkə kubokunun final matçı olacaq.

Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"a 2015-ci ilin yayında keçib. O, Ağdam klubu ilə 2 illik müqavilə bağlayıb. Armenteros mövsüm ərzində 23 oyuna 7 qol vurub. 

Son xəbərlər

Orphus sistemi