Yuxarı

​"Qarabağ"ın "İnter"lə oyunöncəsi məşqi təxirə salınıb

Qurban Qurbanov: Çalışacağıq ki, azarkeşləri sevindirək

Bakı. 10 dekabr. REPORT.AZ/ "Düşündük ki, "Neftçi" ilə oyundan sonra meydança çox yüklənib. Buna görə də məşq etməyəcəyik. Bizi çox vacib oyun gözləyir. Qrupun son oyunudur". "Report"un məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin son oyununda "İnter"lə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis sözlərinə bu cür davam edib: "Biz bilirik ki, nə dərəcədə məsuliyyətli olmalıyıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. İstərdim ki, azarkeşlərimiz stadionu üzgün tərk etməsin. Ciddi rəqibə qarşı oynayırıq və hər bir futbolçu məsuliyyəti dərk edir. Sıx qrafiklə oynadığımızdan rəqibi yaxşı analiz edə bilməmişik. Yeni məşqçi dəyişikliyindən sonra rəqibin həm sistem, həm də heyəti dəyişib. Ola bilər ki, sabah da rəqib dəyişikliklə meydanda çıxış etsin. Çalışacağıq ki, azarkeşləri sevindirək".

Q.Qurbanov Reynaldo və Bədavi Hüseynovun bu görüşdə meydana çıxıb-çıxmayacağına da aydınlıq gətirib: "Reyanaldo bu görüşdə də olmayacaq. Bədavi isə komanda ilə məşqə çıxıb. Lakin onun oynayıb-oynamayacağını sabah görəcəyik. "İnter"in əsas heyətlə gəlməməyi məni narahat edir. Düşünürəm ki, bu futbolçulara istədiyi oyunu göstərməyə mane olsun. Çünki rəqib futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. Bu gün qrup mərhələsindəyik və ikinci pillədəyik. Çalışmalıyıq ki, bundan faydalanaq. Hər bir oyun bizim üçün daha vacibdir".

Qeyd edək ki, "Qarabağ" - "İnter" qarşılaşması sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi