Yuxarı
    Bağlamaq

    "Qarabağ"ın zədəli futbolçuları komanda ilə məşqlərə başlayıb

    Əfran İsmayılovun və Muarem Muaremin zədəsi ciddi deyil

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının V turunda "Zirə" ilə qarşılaşmada zədələnərək matçı yarımçıq tərk edən Muarem Muarem və Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib. "Report"un məlumatına görə, hər iki futbolçunun zədəsi ciddi deyil.

    Yarımmüdafiəçilər dünəndən komanda ilə birgə məşqdə iştirak edir. Digər zədəli futbolçu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdırıb. Artıq müdafiəçi kollektivlə çalışmalara başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi