Yuxarı

"Qarabağ"ın yeni transferi keçmiş baş məşqçisini ona qarşı qərəzli münasibətdə ittiham edib

"Qarabağ"ın yeni transferi keçmiş baş məşqçisini ona qarşı qərəzli münasibətdə ittiham edib

"Qarabağ"ın yeni transferi Ovusu Kvabena icarədə olduğu İspaniya "Kordoba"sından gedişində baş məşqçi Raul Aqneni günahlandırıb.

"Report"un məlumatına görə, qanalı hücumçu yazdığı vida məktubunda Aqnenin ona daimi alçaldıcı münasibətindən şikayətlənib. O bildirib ki, 49 yaşlı mütəxəssislə yola getmək çox çətin idi: "Mən elə bir baş məşqçi tanımıram ki, mənə dediyi sözləri ona hər şeyini verən digər oyunçu barədə səsləndirsin. Qana yığmasına hər dəfə çağırıldığım vaxt problem yaşayırdım. Afrika Kubokunun oyunundan sonra dərhal qayıdırdım ki, məni heç bir səbəbsiz ehtiyatda saxlamasın. "Rekreativo" ilə qarşılaşmada penalti qazanaraq, qol vurduğum vaxt Aqne məni heç təbrik etmədi". 

Ovusu "Kordoba"nın idman direktoru Alfonso Serrano barədə də sərt danışıb. 23 yaşlı forvardın sözlərinə görə, Serrano onu yeni hücumçu alınmayanadək buraxmaq istəməyib. Futbolçu klubdan müqavilə üzrə məxsus olduğu "Leqanes"in "Qarabağ"la anlaşmasından sonra təcili ayrılmalı olduğunu diqqətə çatdırıb. Bunun üçün "Kordoba"nın istədiyi 8000 avronu "Qarabağ" ödəməli olub.

Sonda afrikalı futbolçu azarkeşlərə minnətdarlığını bildirərək, gedişində yeganə günahkarın Aqne olduğunu vurğulayıb.

Qeyd edək ki, Ovusu Kvabena "Qarabağ"la 3,5 illik müqavilə bağlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi