Yuxarı
    Bağlamaq

    "Qarabağ"ın təmiz qolunu saymayan hakimlər yenidən Avroliqaya təyinat alıb

    34 yaşlı referi Şotlandiya Aberdini ilə Qazaxıstan Kayratı arasında baş tutacaq qarşılaşmanı idarə edəcək

    Bakı. 29 iyul. REPORT.AZ/ Ötən mövsüm Avropa Liqasında qrup mərhələsinin son tur matçında "Qarabağ"ın İtaliya "İnter"inin qapısından keçirdiyi təmiz qolu saymayan çexiyalı referi Miroslav Zelinka uzun müddətdən sonra beynəlxalq oyuna təyinat alıb. "Report"un məlumatına görə, 34 yaşlı referi Avroliqanın III təsnifat mərhələsində Şotlandiya "Aberdin"i ilə Qazaxıstan "Kayrat"ı arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.

    Onun köməkçilərindən biri kimi elə qolun sayılmamasında xüsusi rolu olmuş Andrey Pelikan təyin edilib. Digər yan xətt hakimi Radek Kotik, 4-cü hakim isə Emanuel Marekdir. Matçın hakim-inspektoru danimarkalı Peter Mikkelsen, UEFA nümayəndəsi isə norveçli Tormod Larsen olacaq. Avqustun 6-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

    Qeyd edək ki, 2014-cü il dekabrın 11-də keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu "İnter"in qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda "ofsayd" olduğunu bildirərək, qolu saymayıb. Halbuki həmin qolun tam qaydalar çərçivəsində vurulduğu açıq-aşkar görünüb. Çexiyalı referinin yanlış qərarı üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxıb. Öz növbəsində "Dnepr" Avroliqanın finalınadək irəliləyib və yalnız həlledici görüşdə İspaniya "Sevilya"sına uduzaraq, kuboksuz qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi