"Qarabağ"ın sabiq rəqibi bu mövsüm İspaniya çempionatında ilk dəfə uduzub - VİDEO

"Qarabağ"ın sabiq rəqibi bu mövsüm İspaniya çempionatında ilk dəfə uduzub - VİDEO "Atletiko" "Espanyol"un öhdəsidən gələ bilməyib
Futbol
23 Dekabr , 2017 06:50
Qarabağın sabiq rəqibi bu mövsüm İspaniya çempionatında ilk dəfə uduzub - VİDEO

Bakı. 23 dekabr. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 17-ci turunda Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Atletiko" səfərdə "Espanyol" ilə qarşılaşıb.

“Report” xəbər verir ki, Barselonada baş tutan görüş 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə yekunlaşıb.

Matçda yeganə qolu 88-ci dəqiqədə Serxio Qarsiya vurub.

Bu, cari mövsümdə madridlilərin ilk məğlubiyyəti olub.

Hazırda Madrid klubunun aktivində 36 xal var və komanda turnir cədvəlində ikinci yerdə qərarlaşıb. "Espanyol" isə 20 xal ilə 14-cü pilləyə yüksəlib.

İspaniya Primerosu. 17-ci tur

"Espanyol" (Barselona) – "Atletiko M" (Madrid) - 1:0

1:0 – Qarsiya – 88

Son xəbərlər

Orphus sistemi