"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubu ilə ikiillik razılıq əldə edib

"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubu ilə ikiillik razılıq əldə edib Bakı. 5 iyul. REPORT.AZ/ “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin “Erzurumspor” klubu ilə anlaşıb.
Futbol
5 İyul , 2018 18:42
Qarabağın sabiq qapıçısı Türkiyə klubu ilə ikiillik razılıq əldə edib

Bakı. 5 iyul. REPORT.AZ/ “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin “Erzurumspor” klubu ilə anlaşıb.

"Report" "A Spor"a istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığmasının qapıçısı razılaşmaya əsasən, 2 il Türkiyə təmsilçisində çıxış edəcək. 

Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarının şərəfini qoruyub. “Erzurumspor” yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi