"Qarabağ"ın Avroliqadakı rəqibi "Tottenhem" klubunda istefa baş verib

"Qarabağ"ın Avroliqadakı rəqibi "Tottenhem" klubunda istefa baş verib Qaret Beyli "Real Madrid"ə satan Franko Baldini texniki direktor vəzifəsini tərk edib
Futbol
28 Sentyabr , 2015 15:45
Qarabağın Avroliqadakı rəqibi Tottenhem klubunda istefa baş verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin "Tottenhem" futbol klubunda istefa baş verib. "Report"un məlumatına görə, Franko Baldini texniki direktor postunu tərk edib.

Baldini bu vəzifədə 2013-cü ildən işləyirdi. Əvvəllər isə o, Fabio Kapellonun rəhbərliyi altında İspaniyanın "Real Madrid" klubunda və İngiltərə millisində köməkçi-məşqçi kimi çalışıb. 54 yaşlı mütəxəssis "Roma"da da texniki direktor olub.

İtaliyalı funksioner "Tottenhem"də ikən Naser Şadli, Kristian Eriksen və Erik Lamela kimi transferlərin həyata keçirilməsində yardımçı olub. Onun dövründə Qaret Beyl "Real Madrid"ə keçib.

Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının qrup mərhələsində ilk turu "Qarabağ" üzərində 3:1 hesablı ev qələbəsi ilə başa vurub. Bu komanda İngiltərə Premyer Liqasında 7 turdan sonra 5-ci pillədədir. 

Son xəbərlər

Orphus sistemi