Yuxarı

"Qarabağ"ın rəqibi Çempionlar Liqasında mübarizəyə yeni baş məşqçi və futbolçularla başlayır

"Qarabağ"ın rəqibi Çempionlar Liqasında mübarizəyə yeni baş məşqçisi

"Qarabağ" Çempionlar Liqasını I təsnifat mərhələsində Albaniyanın 73 illik tarixə malik komandası ilə qarşılaşacaq.

"Report"un məlumatına görə, 1946-cı ildə paytaxt Tiranada təsis olunan klubun adı Albaniya ordusu ilə bağlıdır.

Klub ev oyunlarını II Dünya müharibəsinin qəhrəmanı Kemal Stafanın adını daşıyan 20 min azarkeş tutumuna malik stadionunda keçirir.

"Partizani" indiyədək 16 dəfə Albaniya Super Liqasının, 15 dəfə ölkə kubokunun, 1 dəfə isə ölkə Super Kubokunun qalibi olub. Klub ən böyük uğurunu 2016/2017 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə irəliləməklə əldə edib. Lakin həmin vaxt komandanın qarşısını Avstriya "Zalsburq"u kəsib (0:1, 0:2).

Albaniya təmsilçisi daha sonra Avropa Liqasının play-off mərhələsində iki matçın nəticəsinə əsasən, Rusiya "Krasnodar"ına uduzub (0:0, 0:4).

Komanda avrokuboklarda sonuncu qələbəsini 2006-cı ildə İntertoto Kubokunda qazanıb. Həmin vaxt öz meydanında Kipr "Etnikos"unu məğlub etsələr də (2:1), ümumi hesabda mübarizəni dayandırıblar.

Klubun yeni baş məşqçisi Franko Lerda iyunun 17-də ictimaiyyətə təqdim olunub. İtaliyalı mütəxəssis əvvəllər ölkəsinin müxtəlif komandalarına, o cümlədən "Torino", "Leççe"yə rəhbərlik edib.

"Partizani" yeni mövsüm üçün braziliyalı Uilyam Kordeyro Melo və albaniyalı müdafiəçi Esin Hakayla müqavilə bağlayıb.

Klub Çempionlar Liqasının hazırlığına iyunun 16-da başlayıb. Tirana təmsilçisi hazırlığın ikinci mərhələsi üçün bu gün Sloveniyaya yollanıb və artıq iyunun 23-də Bosniya və Herseqovinanın "Sarayevo" komandası ilə yoxlama matçı keçirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi