"Qarabağ"ın rəqibi Bakıya heç-heçə ilə gəlir

"Qarabağ"ın rəqibi Bakıya heç-heçə ilə gəlir Meydan sahiblərini məğlubiyyətdən 77-ci dəqiqədə Federiko Santander xilas edib
Futbol
12 Avqust , 2017 23:17
Qarabağın rəqibi Bakıya heç-heçə ilə gəlir

Bakı. 12 avqust. REPORT.AZ/ "Kopenhagen" futbol komandası Danimarka Super Liqasında V tur matçına çıxıb. "Report"un məlumatına görə, rəqib "Horsens" klubu olub.

"Parken" stadionunda keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərini məğlubiyyətdən 77-ci dəqiqədə Federiko Santander xilas edib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran "Kopenhagen" 7-ci, 10 xala malik "Horsens" isə 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 4 oyundan 12 xalı olan "Nordşelland" başçılıq edir.

Qeyd edək ki, "Kopenhagen" Çempionlar Liqasının "pley-off" mərhələsində "Qarabağ"la üz-üzə gələcək. İlk görüş avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda, cavab matçı avqustun 23-də elə "Parken" stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi