“Qarabağ”ın rəqibi 33 milyon avroya hücumçu transfer edir

“Qarabağ”ın rəqibi 33 milyon avroya hücumçu transfer edir Paytaxt klubu əvvəlcə 21 yaşlı forvardı bir illik icarəyə götürəcək
Futbol
28 Avqust , 2017 16:03
“Qarabağ”ın rəqibi 33 milyon avroya hücumçu transfer edir

Bakı. 28 avqust. REPORT.AZ/ Çempionlar Liqasında “Qarabağ” komandası ilə eyni qrupda yer alan İtaliyanın “Roma” klubu yeni hücumçu transfer edir.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, “canavarlar” Çexiya yığmasının üzvü Patrik Şikin keçidi üçün “Sampdoriya” ilə razılıq əldə ediblər. Paytaxt təmsilçisi əvvəlcə 21 yaşlı forvardı bir illik icarəyə götürəcək, daha sonra 33 milyon avro qarşılığında transfer edəcək.

Qeyd edək ki, Patrik Şikin bu ilin iyununda “Yuventus”la müqavilə bağlayacağı gözlənilirdi. Lakin tibbi baxış zamanı çexiyalını ürəyində problem aşkarlandığı üçün Turin təmsilçisi onu almaqdan imtina etdi. 21 yaşlı hücumçu ötən mövsüm “Sampdoriya”nın heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Çexiya 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. 

Son xəbərlər

Orphus sistemi