Çempionlar Liqası: Bu gün "Qarabağ"ın potensial rəqibləri qarşılaşacaq

Çempionlar Liqası: Bu gün "Qarabağ"ın potensial rəqibləri qarşılaşacaq Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşlərinə start veriləcək.
Futbol
23 İyul , 2019 09:35
Çempionlar Liqası: Bu gün Qarabağın potensial rəqibləri qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşlərinə start veriləcək.

"Report"un məlumatına görə, birinci oyun günündə 5 görüş keçiriləcək. Bunlardan sonuncusu - Monteneqroda "Sutyeska" və Kipr APOEL-i arasında keçiriləcək matç daha çox diqqət mərkəzində olacaq. "Qarabağ" İrlandiya "Dandolk"unu üstələyəcəyi halda, məhz bu cütün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisinin görüşü iyulun 24-də olacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

23 iyul

ÇL-in 2-ci təsnifat mərhələsi, ilk oyunlar

21:00.”Viktoriya” (Plzen, Çexiya) – “Olimpiakos” (Yunanıstan)

21:30.”Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)

22:00.PSV (Holllandiya) – “Bazel” (İsveçrə)

22:00.TNS (Uels) – “Kopenhagen” (Danimarka)

23:15.“Sutyeska” (Monteneqro) – APOEL (Kipr)

Qeyd edək ki, daha 7 oyun iyulun 24-də olacaq. Cavab görüşləri isə 30-31 iyulda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi