Yuxarı

"Qarabağ"ın məşqçisi texniki zonadan qovulub

Oyunun baş hakimi Elçin Rəhmanovu tribunaya göndərib

Bakı. 29 noyabr. REPORT.AZ/ Hazırda davam edən "Qarabağ" - "Qəbələ" matçında meydan sahiblərinin baş məşqçisinin köməkçisi Elçin Rəhmanov texniki zonadan qovulub. 

"Report"un məlumatına görə, buna səbəb E.Rəhmanovun hakim qərarlarına etirazı olub.

Referi Rəhim Həsənov məşqçinin texniki zonanı tərk edərək tribunaya qalxmasını tələb edib.

Hazırda oyunda hesab açılmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi