"Qarabağ"ın legioneri: "Avroliqanın qrup mərhələsi Azərbaycan kimi ölkə üçün uğur sayılmalıdır"

"Qarabağ"ın legioneri: "Avroliqanın qrup mərhələsi Azərbaycan kimi ölkə üçün uğur sayılmalıdır" Bakı. 18 avqust. REPORT.AZ/ Səfər oyunları həmişə çətin olur. Bugünki matç da istisna deyildi. Başlanğıc istədiyimiz kimi alınmasa da, tədricən nəzarəti ələ aldıq. Rahat oynadıq və 3 xalı hesabımıza yazdıq. Bu cür də davam etməliyik.
Futbol
18 Avqust , 2018 21:45
Qarabağın legioneri: Avroliqanın qrup mərhələsi Azərbaycan kimi ölkə üçün uğur sayılmalıdır

Bakı. 18 avqust. REPORT.AZ/ "Səfər oyunları həmişə çətin olur. Bugünki matç da istisna deyildi. Başlanğıc istədiyimiz kimi alınmasa da, tədricən nəzarəti ələ aldıq. Rahat oynadıq və 3 xalı hesabımıza yazdıq. Bu cür də davam etməliyik".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Miçel Madeyra səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının II tur matçından sonra deyib. İspaniyalı yarımmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...

- Çempionlar Liqasında mübarizəni dayandırandan sonra çempionat oyununa hazırlaşmaq nə dərəcədə çətin idi?

- Futbolun qanundur - yıxılırsansa, qalxmağı da bacarmalısan. Nəzərə alaq ki, bu il Çempionlar Liqasının reqlamenti daha çətindir. Son mərhələlərdə rəqiblərin səviyyəsi daha yüksəkdir. İrəli baxmalıyıq. Hələ qarşıda digər yarışlar var. Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə qarşılaşacağıq.

- Matçın gedişində yerdə qaldınız. Zədəniz ciddidir?

- Zədəm diz nahiyyəsindən idi. Toqquşdum. Ciddi zədə deyil. Yeriyəndə bir az ağrı hiss edirəm. Keçib gedər.

- "Şerif"lə oyunlar barədə nə deyə bilərsiniz?

- Ötənilki kimi çətin olacaq. Qarşıda çətin rəqib olsa da, çox istəkliyik. İlk matç səfərdədir. Görək, baş məşqçimiz bizə nələri deyəcək, hansı göstərişləri verəcək. Özümüzü yerdə hiss etməli, göylərdə uçmamalıyıq.

- Çempionlar Liqasının qrupuna düşməməyi uğursuzluq sayırsınız?

- Elə dediniz ki, sanki neçə illərdir Çempionlar Liqasının qrupunda oynayırıq və Avropa Liqasının qrupuna düşməyi uğur saymırsınız. Ötən il bunu bacardıq, bu il alınmadı. Amma Avropa Liqası Azərbaycan kimi ölkə üçün uğurlu yarış sayılmalıdır. Əvvəlcə "Şerif"ə qarşı oynamalıyıq. Qrupun püşkatmasında 2 və ya 3-cü səbətdə yer almağımız sonrakı məsələdir.

Son xəbərlər

Orphus sistemi