"Qarabağ"ın futbolçusunun Albaniya millisinə çağırılmamasının səbəbi müəyyənləşib

"Qarabağ"ın futbolçusunun Albaniya millisinə çağırılmamasının səbəbi müəyyənləşib Millinin baş məşqçisi bunu yığmanın sabiq kapitanının yaş amili ilə əlaqələndirib
Futbol
19 Mart , 2018 21:58
Qarabağın futbolçusunun Albaniya millisinə çağırılmamasının səbəbi müəyyənləşib

Bakı. 19 mart. REPORT.AZ/ Albaniya milli komandasının baş məşqçisi Kristian Panuççi "Qarabağ"ın futbolçusu Ansi Aqollini Norveçlə yoldaşlıq oyununa çağırmamasının səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, italiyalı mütəxəssis bunu yığmanın sabiq kapitanının yaş amili ilə əlaqələndirib.

Panuççi Aqollinin çıxış etdiyi sol cinah müdafiəçisi mövqeyinə yeni oyunçu variantını nəzərdən keçirdiyini diqqətə çatdırıb:

"Aqollinin 2020-ci il Avropa çempionatı vaxtı 38 yaşı olacaq. Bunu nəzərə alaraq, mümkün əvəzləyicisini nəzərdən keçirirəm. Odur ki, onu yığmaya çağırmamağı qərara almışam".

Baş məşqçi albaniyalı futbolçuların öz klublarında az oynamalarından narahatlığını da dilə gətirib. Panuççi məhz buna görə bir yoldaşlıq görüşü ilə kifayətlənməyə və dəvətli futbolçularla bir həftə ərzində hazırlıq keçməyə qərar verdiyini vurğulayıb.

Albaniya millisinə 2017-ci ilin ortalarında baş məşqçi təyin olunmuş Kristian Panuççi 4 yeni oyunçuya dəvət göndərib. Eyni sayda aparıcı futbolçu isə lazımi formada deyil. Norveçlə yoldaşlıq görüşü martın 26-da Elbasan şəhərindəki eyniadlı arenada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi