"Qarabağ"ın futbolçusu Miçel karyerasında ikinci dəfə "Atletiko"ya qol vurub

"Qarabağ"ın futbolçusu Miçel karyerasında ikinci dəfə "Atletiko"ya qol vurub O, Madrid komandasına ilk qolunu "Xetafe"də çıxış etdiyi zaman vurub
Futbol
1 Noyabr , 2017 02:08
Qarabağın futbolçusu Miçel karyerasında ikinci dəfə Atletikoya qol vurub

Bakı. 1 noyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Miçel karyerasında ikinci dəfə İspaniya "Atletiko"sunu məyus edib.

"Report"un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi rəqib komandaya ilk qolunu "Xetafe"də çıxış etdiyi vaxt vurub.

Bu, 2011-2012 mövsümündə XI tura təsadüf edib. İspaniyalı oyunçu komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə ikinci qolun müəllifi olub.

Miçel "Atletiko"ya növbəti qolunu bu gün "Qarabağ"ın heyətində Çempionlar Liqasınn IV tur matçının 40-cı dəqiqəsində vurub.

Son xəbərlər

Orphus sistemi