Azərbaycan millisinin kapitanı məşqçi diplomu alıb

Azərbaycan millisinin kapitanı məşqçi diplomu alıb Diplom alanlar arasında "Sumqayıt"ın meneceri də var
Futbol
30 Yanvar , 2017 12:18
Azərbaycan millisinin kapitanı məşqçi diplomu alıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom təqdim olunub. "Report"un məlumatına görə, diplomları qurumun baş katibi Elxan Məmmədov təqdim edib.

Diplom alanlar arasında "Sumqayıt"ın meneceri Ceyhun Sultanov, keçmiş futbolçulardan Emin İmaməliyev, Cahangir Həsənzadə, Araz Qulamov, Mübariz Orucov, Samir Ələkbərov və "Qarabağ"ın məqçisi Elçin Rəhmanovla komandanın kapitanı Rəşad Sadıqov da var.

Son xəbərlər

Orphus sistemi