Bakı. 20 iyul.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. Əzələsində dartınma olan futbolçunun bir həftə sonra fərdi məşqlərə başlayacağı ehtimal olunur.
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" qarşılaşması 0:0 hesablı heç-heçə ilə başa çatıb. Ağdam təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi" komandası ilə qarşılaşacaq. İlk görüş iyulun 25-də səfərdə, cavab oyunu avqustun 1-də evdə olacaq.