"Qarabağ"ın futbolçusu: “Klub və komanda yoldaşlarım ürəyimcədir” - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu: “Klub və komanda yoldaşlarım ürəyimcədir” - MÜSAHİBƏ Qarabağın futbolçusu Maqaye Qeye Premyer Liqanın XVII turunda Zirəni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib.
Futbol
15 Fevral , 2020 23:31
Qarabağın futbolçusu: “Klub və komanda yoldaşlarım ürəyimcədir” - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu Maqaye Qeye Premyer Liqanın XVII turunda "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib.

"Report" həmin müsahibəni təqdim edir:

- 6:0 hesablı qələbə qazandınız. Belə hesab gözləyirdiniz?

- Yaxşı hesabdır. Komanda üzərinə düşəni etdi. Danışılası çox da məqam yoxdur.

- Bir qol vurdunuz. Bu, özünəinam üçün önəmli idi?

- Şübhəsiz, istənilən qol adama özünəinam verir. Ümumi vəziyyətimi nəzərə alsaq, müntəzəm oynamaq imkanı qazanmıram, çox qol vurmuram və buna görə də çox önəmli oldu.

- Razısınız ki, Mahir Emreliyə rəqabətdə uduzmusunuz? Bunun səbəbi nədir?

- Son söz sahibi baş məşqçidir. İstənilən halda, onun qərarına hörmətlə yanaşırıq. Bu komandadayam. Nə vaxt ehtiyac duyulsa, kömək edəcəyəm.

- “Qarabağ”da özünüzü tapa bildiniz? Buraya gələndə asan olacağını düşünürdünüz?

- Hücumçudan hər kəs qol gözləyir. Fikrimcə, Türkiyədə yaxşı mövsüm keçirəndən sonra buraya gəlmişəm. Başqa liqadan gəlmişəm. Çempionat fərqi var. Uyğunlaşmaq üçün zamana ehtiyacın olur. İstənilən halda, komandaya kömək etməyə hazıram.

- Yayda “Qarabağ”da qalacaqsınız, yoxsa yeni klub axtarırsınız?

- Burda çox xoşbəxtəm. Klub və komanda yoldaşlarım ürəyimcədir. Heç bir problemim yoxdur. Bir illik müqaviləm qalıb.

- Çempionluq şanslarınızı necə görürsünüz? Artıq “Qarabağ”ı çempion sayanlar var.

- Futbolda necə olacağı bilinmir. Uğursuzluğa da düşə bilərsən. Belə olduqda komandalar səni keçə bilər. Hələ qarşıda oyunlar var və öz işimizi görməliyik.

Son xəbərlər

Orphus sistemi