“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər “Avropanın Top-5 liqalarından birində oynaya biləcəyimlə fəxr edirəm”
Futbol
24 May , 2018 09:14
“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

Bakı. 24 may. REPORT.AZ/ “Qarabağ” klubunun futbolçusu Donald Gerrye karyerasını İtaliyada davam etdirə bilər.

“Report” xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü “Haitisporttotal” portalına bildirib. Haiti yığmasının üzvünün xidmətində İtaliya A Seriyasının adı açıqlanmayan klubu maraqlıdır.

“Avropanın Top-5 liqalarından birində oynaya biləcəyimlə fəxr edirəm”, - D.Gerrye vurğulayıb.

Qeyd edək ki, Donald Gerrye ötən yay “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, Ağdam komandasında 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi