Yuxarı
    Bağlamaq

    "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək

    Ramil Şeydayevin komandasının mərhələ adlaması isə inandırıcı deyil

    Bakı. 19 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 10 cavab görüşü keçiriləcək. "Report"un məlumatına görə, görüşlər arasında 2-si azərbaycanlı futbolçular üçün daha böyük əhəmiyyət kəsb edir.

    Milli komandanın futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Slovakiya "Jilina"sı Danimarkada "Kopenhagen"in qonağı olacaq. İlk görüşdə "Kopenhagen" 3:1 hesabı ilə qalib gəlib. Bu səbəbdən, "Jilina"nın səfərdə ən azı 3 qol vuraraq, mərhələ adlaması inandırıcı deyil.

    Albaniyada "Kukesi" ilə Moldova "Şerif"i arasında oynanılacaq qarşılaşmanın yekununda isə "Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşəcək. İlk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. "Kukesi" mərhələ adlamaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Eyni nəticə təkrarlanacağı halda, cütün qalibi penaltilər seriyası ilə məlum olacaq.

    Çempionlar Liqası, II təsnifat mərhələsi

    Cavab görüşləri

    19 iyul

    20:00. "Dudelanj” (Lüksemburq) - APOEL (Kipr)

    İlk oyun - 0:1

    21:15. "Rusenborq” (Norveç) - "Dandolk” (İrlandiya)

    İlk oyun - 1:1

    21:30. "Kopenhagen” (Danimarka) - "Jilina” (Slovakiya)

    İlk oyun - 3:1

    21:30. "Kukesi” (Albaniya) - "Şerif” (Moldova)

    İlk oyun – 0:1

    22:00. "Lüdoqorets” (Bolqarıstan) - "Jalgiris” (Litva)

    İlk oyun – 1:2

    22:15. "Maribor” (Sloveniya) - "Zrinski” (Bosniya və Herseqovina)

    İlk oyun -2:1

    22:30. "Zalsburq” (Avstriya) - "Hibernians” (Malta)

    İlk oyun – 3:0

    22:45. "Legiya” (Polşa) - "Mariehamn” (Finlandiya)

    İlk oyun - 3:0

    22:45. "Seltik” (Şotlandiya) – "Linfild” (Şimali İrlandiya)

    İlk oyun – 2:0

    23:15. "Honved” (Macarıstan) - "Hapoel” (Beyer Şeva, İsrail)

    İlk oyun - 1:2

    Qeyd edək ki, ilk oyun günündə 7 oyun keçirilib:

    "Astana” (Qazaxıstan) - "Spartak” (Latviya) - 1:1

    Qollar: Patrik Tvumasi, 59 - Edqar Vardanyan, 72

    İlk oyun - 1:0

    "Vardar” (Makedoniya) - "Malmö” (İsveç) - 3:1

    Qollar: Boban Qrnçarov, 56. Tiqran Barseqyan, 61. Boban Nikolov, 90+1 - Markus Rozenborq, 16-penalti ilə

    Yerinə yetirilməyən penalti: Xuan Felipe, 61 ("Vardar")

    İlk oyun - 1:1

    "Alaşkert” (Ermənistan) - BATE (Belarus) - 1:3

    Qollar: Uroş Nenadoviç, 18 - Mixail Qordeyçuk, 23; 35. Maksim Volodko, 78

    İlk oyun - 1:1

    "Samtredia” (Gürcüstan) - "Qarabağ” (Azərbaycan) - 0:1

    Qol: Donald Gerye, 22

    İlk oyun - 0:5

    "Vikinqur” (Farer adaları) - "Hafnarfyordur” (İslandiya) - 0:2

    Qollar: Stiven Lennon, 79-penalti ilə. Torarinn Valdimarsson, 90+1

    Qırmızı vərəqələr: Andreas Olsen, 78; Vasile Angel, 90+3 (hər ikisi "Vikinqur")

    İlk oyun - 1:1

    TNS (Uels) - "Riyeka” (Xorvatiya) - 1:5

    Qollar: Adrian Sisleviç, 69 - Florentin Matey, 41. Mario Qavranoviç, 54; 79. Aleksander Qordon, 61. Stefan Ristovski, 64

    İlk oyun - 0:2

    "Buduçnost” (Monteneqro) - "Partizan” (Serbiya) - 0:0

    İlk oyun - 0:2

    Növbəti mərhələdə görüşəcəklər:

    Çempionlar yolu

    "Slaviya” (Çexiya) - BATE (Belarus)

    "Astana” (Qazaxıstan) - "Mariehamn” (Finlandiya) / "Legiya” (Polşa) cütünün qalibi

    "Zrinski” (Bosniya və Herseqovina) / "Maribor” (Sloveniya) cütünün qalibi - "Hafnarfyordur” (İslandiya)

    "Jilina” (Slovakiya) / "Kopenhagen” (Danimarka) cütünün qalibi - "Vardar” (Makedoniya)

    "Linfild” (Şimali İrlandiya) / "Seltik” (Şotlandiya) cütünün qalibi - "Dandalk” (İrlandiya) / "Rusenborq” (Norveç) cütünün qalibi

    "Hapoel" (Beer-Şeva, İsrail) / "Honved" (Macarıstan) cütünün qalibi - "Jalgiris” (Litva) / "Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

    "Viitorul" (Rumıniya) - APOEL (Kipr) / "Dudelanj” (Lüksemburq) cütünün qalibi

    "Hibernians” (Malta) / "Zalsburq” (Avstriya) cütünün qalibi - "Riyeka" (Xorvatiya)

    "Partizan" (Serbiya) - "Olimpiakos” (Yunanıstan)

    "Qarabağ” (Azərbaycan) - "Şerif" (Moldova) / "Kukesi" (Albaniya) cütünün qalibi

    Oyunlar 25-26 iyul və 1-2 avqustda keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi