"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi növbəti transferini gerçəkləşdirib

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi növbəti transferini gerçəkləşdirib Bakı. 2 iyul. REPORT.AZ/ Qarabağın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniya Olimpiyası növbəti futbolçu transferini reallaşdırıb.
Futbol
2 İyul , 2018 17:26
Qarabağın Çempionlar Liqasındakı rəqibi növbəti transferini gerçəkləşdirib
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniya "Olimpiya"sı növbəti futbolçu transferini reallaşdırıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Lyublyana komandası "Maribor"un oyunçusu Matiç Çrniçi heyətinə qatıb.

26 yaşlı yarımmüdafiəçi 2 illik müqaviləyə imza atıb. Bu, "Olimpiya"nın dördüncü yeni oyunçusudur. Daha əvvəl Marko Putintsa, Andriya Kaluceroviç və Haris Kadriç transfer edilib. Əvəzində Rok Vodişek, Mitç Apau, Rikardo Alveslə yollarını ayıran klub Dario Kanadio və Ceyson Devidsonu Xorvatiya "Riyeka"sına icarəyə verib. 

Qeyd edək ki, Matiç Çrniç Sloveniya milli komandasının da şərəfini qoruyur.

Son xəbərlər

Orphus sistemi