"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisi ilə müqavilə müddətini uzadıb Yeni anlaşma 2020-ci ilədək nəzərdə tutulub
Futbol
5 Sentyabr , 2017 14:48
Qarabağın Çempionlar Liqasındakı rəqibi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone klubla müqavilə müddətini uzadıb.

"Report"un Madrid təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssislə 2020-ci ilədək yeni anlaşma əldə olunub.

Simeone komandaya 2011-ci ildən rəhbərlik edir. Onun başçılığı altında madridlilər 321 oyuna 200 qələbə qazanıblar.

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. İki komanda arasında oyunlar oktyabrın 18-də Bakı Olimpiya Stadionunda, oktyabrın 31-də isə "Metropolitano" stadionunda olacaq. 

Son xəbərlər

Orphus sistemi