Yuxarı

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi aparıcı futbolçusunun xidmətindən məhrum olub

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi aparıcı futbolçusunun xidmətindən məhrum olub
N`Qolo Kante 3 həftə yaşıl meydanlardan kənar qalacaq

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Çelsi” komandasının futbolçusu N`Qolo Kantenin durumuna aydınlıq gəlib.

“Report” goal.com saytına istinadən xəbər verir ki, Fransa millisinin 25 yaşlı yarımüdafiəçisi 3 həftə yaşıl meydanlardan kənar qalacaq. 

Bu isə o deməkdir ki, Kante İngiltərə Premyer Liqasında “Kristal Pelas”, “Uotford” və “Bornmut”la görüşlərdə iştirak etməyəcək. O, həmçinin ÇL-in qrup mərhələsində İtaliya “Roma”sına və Liqa Kubokunda “Everton”a qarşı forma geyinə bilməyəcək. 

Fransalı oyunçu 2018-ci il dünya çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə səfər oyunu zamanı arxa bud əzələsindən zədələndiyi üçün əvəzlənib. 

Qeyd edək ki, “Çelsi” noyabrın 22-də V tur çərçivəsində “Qarabağ”ın qonağı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi