"Qarabağ" və "İnter" ev oyunlarını eyni stadionda keçirəcək

"Qarabağ" və "İnter" ev oyunlarını eyni stadionda keçirəcək Azərbaycan Premyer Liqasının mərkəzi görüşü buna görə ertəsi günə təyin olunub
Futbol
29 Mart , 2015 16:20
Qarabağ və İnter ev oyunlarını eyni stadionda keçirəcək

Bakı. 29 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun proqramı açıqlanıb. "Report"un məlumatına görə, aprelin 1-nə təsadüf edəcək ilk oyun günündə 3 görüş keçiriləcək.

Turun 4 qarşılaşmasından 2-si eyni arenada baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi ilə əlaqədar mərkəzi görüş sayılan "Qarabağ" - "İnter" matçı "Bakcell Arena"ya təyin olunub. Beləliklə, bu arenadan təkcə "Neftçi" deyil, Ağdam komandası da yararlanacaq. Flaqman "Bakı"nı aprelin 1-də qəbul edəcəyindən, əsas rəqibinin ev oyunu ertəsi günə təyin olunub. Qalan 2 matç isə Lənkəran və Zaqatalada keçiriləcək.

1 aprel (çərşənbə)

17:00. “Xəzər Lənkəran” – “Sumqayıt”

“Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. “Neftçi” (Bakı) – “Bakı”

Bakı, “Bakcell Arena”


15:00. “Simurq” (Zaqatala) – AZAL (Bakı)

Zaqatala şəhər stadionu

2 aprel (cümə axşamı)

“Qarabağ” (Ağdam) – “İnter” (Bakı)

Bakı, “Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi