"Qarabağ" doğma meydanda xal itirib

"Qarabağ" doğma meydanda xal itirib Bakı. 24 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Futbol
24 Noyabr , 2018 21:00
Qarabağ doğma meydanda xal itirib

Bakı. 24 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, hazırkı çempion "Qarabağ" debütant "Sabah" komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol fasilə ərəfəsində vurulub. 44-cü dəqiqədə Elgün Nəbiyev "Qarabağ" müdafiəçilərinin səhvindən sonra qapıçı Şahrudin Məhəmmədəliyevlə təkbətək çıxaraq, hesabı açıb. 45+1-ci dəqiqədə isə Yakub Jezniçak künc zərbəsindən sonra bərabərlik qoluna imza atıb.

İkinci hissədə "Qarabağ" ardıcıl hücumlar etsə də, qələbə topunu vura bilməyib.

Bu heç-heçədən sonra xallarını 24-ə çatdıran "Qarabağ" 2-ci, 17 xala malik "Sabah" isə 4-cü pillədə qalıb.

Turun açılış oyununda "Qəbələ" səfərdə "Keşlə"yə qalib gəlib - 2:1. Tura noyabrın 25-də "Səbail" - "Neftçi" və "Zirə" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi