Yuxarı
    Bağlamaq

    "Qarabağ" - "Dnepr" oyununun hakimləri açıqlanıb

    Qarşılaşmaya polşalı hakimlər briqadası təyinat alıb

    Bakı. 3 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində iştirak edən Azərbaycanın "Qarabağ" (Ağdam) klubunun Bakıda Ukraynanın "Dnepr" komandası ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb. "Report"un məlumatına görə, noyabrın 6-da baş tutacaq qarşılaşmanı polşalı referi Pavel Gil idarə edəcək.

    Ona həmyerliləri Pyotr Sadçuk və Martsin Borkovski yan xətt hakimləri qismində kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi Konrad Sapela olacaq. Pavel Raçkovski və Kristof Yakubik isə əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

    Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi