"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ən az gəlir əldə edən klub olub

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ən az gəlir əldə edən klub olub Bakı. 25 oktyabr. REPORT.AZ/ UEFA 2017/2018 mövsümündə Çempionlar Liqasının (ÇL) pley-off və qrup mərhələsində çıxışına görə “Qarabağ” klubuna verəcəyi vəsaitin məbləğini açıqlayıb.
Futbol
25 Oktyabr , 2018 17:23
Qarabağ Çempionlar Liqasının qrup mərhələsində ən az gəlir əldə edən klub olub

Bakı. 25 oktyabr. REPORT.AZ/ UEFA 2017/2018 mövsümündə Çempionlar Liqasının (ÇL) pley-off və qrup mərhələsində çıxışına görə “Qarabağ” klubuna verəcəyi vəsaitin məbləğini açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində yer alan Ağdam təmsilçisinin gəliri 16 milyon 819 min avro təşkil edib.

2015 - 2018 kommersiya tsiklində gəlirlərin bölüşdürülmə sxeminə əsasən, ÇL-in qrup mərhələsinə vəsiqə qazanan bütün klublara 12,7 milyon avro ödənilib. “Qarabağ” İspaniya “Atletiko”su ilə həm evdə (0:0), həm də səfərdə (1:1) heç-heçə etməklə əlavə 1 milyon avro götürüb.

Azərbaycan çempionuna marketinq gəlirlərindən 1 milyon 119 min avro ödənilib. Daha 2 milyon isə ÇL-in pley-off mərhələsindəki iştirakına görə verilib.

Bununla da, “Qarabağ” qrup mərhələsi iştirakçıları arasında ən az qazanc götürən klub olub. Ən çox gəliri isə yarışın qalibi olan İspaniyanın “Real Madrid” komandası əldə edib – 88 milyon 654 min avro.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində İngiltərənin “Çelsi” (0:6, 0:4) və İtaliyanın “Roma” (1:2, 0:1) komandalarına uduzub.

Son xəbərlər

Orphus sistemi