"Qarabağ" "Çelsi" ilə oyunöncəsi “Stamford Bric” stadionunda son məşqinə çıxıb

"Qarabağ" "Çelsi" ilə oyunöncəsi “Stamford Bric” stadionunda son məşqinə çıxıb Son hazırlıq təxminən 1 saat davam edib
Futbol
11 Sentyabr , 2017 23:53
Qarabağ Çelsi ilə oyunöncəsi “Stamford Bric” stadionunda son məşqinə çıxıb
Qarabagh

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ağdamın "Qarabağ” klubu bu gün “Çelsi”ylə qarşılaşmanın hazırlıqlarını tamamlayıb.

"Report" xəbər verir ki, komandanın son məşqi oyunun keçiriləcəyi “Stamford Bric” stadionunda baş tutub və yerli vaxtla 18:45-də (Bakı vaxtıyla 21:45) start götürüb.

Futbolçularımız isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Son hazırlıq təxminən 1 saat davam edib.

“Çelsi” – “Qarabağ” matçı sabah saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi