Yuxarı
    Bağlamaq

    "Qarabağ" bu gün Bakıda İngiltərə çempionu "Çelsi"ni qəbul edəcək

    Bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində sonuncu ev oyunu olacaq

    Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün “Qarabağ” komandası tarixində ilk dəfə vəsiqə qazandığı Çempionlar Liqasının qrup mərhələsində sonuncu ev oyununa çıxacaq.

    “Report”un məlumatına görə, Ağdam təmsilçisi İngiltərə çempionu “Çelsi”ni qəbul edəcək.

    Bakı Olimpiya Stadionunda üz-üzə gələcək kollektivlər qitənin ən nüfuzlu klub turnirində fərqli qrafik cızmaqdadırlar. Cari mövsümə evdə “Qarabağ” üzərində 6:0 hesablı qələbə ilə başlayan London təmsilçisi, daha sonra İspaniyada “Atletiko”nu üstələyib. Lakin “zadəganlar”ın İtaliya “Roma”sı ilə işləri düz gətirməyib. İngilislər baş məşqçiləri Antonio Kontenin həmyerliləri ilə duellərdən 1 xalla ayrılıblar. Evdə “canavarlar”la 3:3-lük heç-heçə edən “Çelsi”, rəqib meydanında 3 cavabsız qolla yenilib.

    “Qarabağ” isə “Çelsi”nin ardından evdə “Roma”ya 1:2 hesabı ilə məğlub olandan sonra meydanı xalsız tərk etməyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Atletiko”ya qənim kəsilib – 0:0 və 1:1.

    “Qarabağ” 1/8 finala yüksəlmək şansını saxlamaq üçün mütləq qalib gəlməlidir. Əldə olunacaq 3 xal 3-cü yeri tutaraq, Avropa Liqasına düşmək baxımından da önəmlidir. Ağdam klubu heç-heçə sayəsində də qitənin ikinci dərəcəli turnirinə yollamaq ümidini qoruya bilər. Lakin bunun üçün V turda “Roma”nın səfərdə “Atletiko”ya qalib gəlməsi, ən pis halda heç-heçə etməsi şərtdir.

    “Qarabağ” “Çelsi”yə uduzsa və “Atletiko” “Roma”nı üstələsə, Azərbaycan çempionunun qrup sonuncusu olması rəsmiləşəcək.

    Çempionlar Liqası

    V tur, C qrupu

    22 noyabr

    21:00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə)

    Baş hakim: Manuel De Souza

    Baş hakimin köməkçiləri: Alvaro Mesquita, Rikardo Santos

    Dördüncü hakim: Nuno Pereyra

    Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)

    Bakı Olimpiya Stadionu

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi