"Qarabağ" - BATE matçının hakimləri açıqlanıb
Futbol
- 04 avqust, 2018
- 05:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 avqust. REPORT.AZ/ "Qarabağ" klubunun Çempionlar Liqasında Belarus BATE-si ilə keçirəcəyi III təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
"Report"un məlumatına görə, avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma isveçli hakimlər briqadasına tapşırılıb. Baş hakim Andreas Ekberqə Mehmet Kulum və Stefan Hallberq yan xətt, Kristofer Karlsson dördüncü hakim kimi kömək edəcək. Avstriyalı Robert Sedlaçek hakim-inspektor, qazaxıstanlı Oljas Abrayev UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, matç saat 21:00-da başlanacaq.
Son xəbərlər
04:57
"Axios" Uitkoff və Kuşnerin Rusiyaya səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
Digər ölkələr04:16
Hörmüz boğazında 750 min barel neft daşıyan tanker minaya düşüb
Region03:50
Tramp: Ağ Evin yeni mətbuat katibi ilk brifinqini oktyabrın 13-də keçirəcək
Digər ölkələr03:15
Kanada ABŞ-yə neft və dizel yanacağının ixracını artırmağı planlaşdırır
Digər ölkələr02:58
İndoneziyada 5,8 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr02:17
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Digər ölkələr01:46
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Digər ölkələr01:12
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Region00:53