Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib

Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib Bakı. 20 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.
Futbol
20 Dekabr , 2018 20:53
Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib

Bakı. 20 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.

"Report"un məlumatına görə, bu, "Qarabağ" komandasıdır. 

Evdə keçirdiyi 1/4 final mərhələsinin ilk oyununda "Keşlə"yə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi cavab qarşılaşmasında lazımı nəticəni təmin edib. 

"ASK Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. "Keşlə"nin forvardı Amil Yunanov 29-cu dəqiqədə baxımlı qola imza atıb. Qonaqlar fasilədən sonra - 50-ci dəqiqədə Miçel Madeyranın dəqiq zərbəsi ilə tarazılığı bərpa ediblər. Bu, oyunda vurulan son qol olub - 1:1. Matçın 90-cı dəqiqəsində "Qarabağ"ın mərkəz müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub.

Beləliklə, "Qarabağ" yarımfinalda "Qəbələ", "Zirə" isə "Sumqayıt"la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 23-də, cavab matçları isə mayın 1-də olacaq.

Son xəbərlər

Orphus sistemi