"Qarabağ" Azərbaycan Kubokundakı oyununu Masazırda keçirəcək

"Qarabağ" Azərbaycan Kubokundakı oyununu Masazırda keçirəcək Yarımfinal mərhələsinin cavab görüşlərinin vaxtı və yeri açıqlanıb
Futbol
2 May , 2016 10:47
Qarabağ Azərbaycan Kubokundakı oyununu Masazırda keçirəcək

Bakı. 2 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki görüş mayın 4-də gerçəkləşəcək.

"Qarabağ" "İnter"i Abşeronun Masazır qəsəbəsindəki "Əlincə" stadionunda qəbul edəcək. Bu, kluba məxsus "Azərsun Arena"da mayın 5-dən 17 yaşadək futbolçular arasında Avropa çempionatının bəzi oyunlarının keçiriləcəyi ilə əlaqədardır. 

04 may (çərşənbə)

"Qarabağ” – "İnter”

Masazır qəsəbə stadionu, 19:00 (canlı, CBC Sport)

"Qəbələ” – "Neftçi”

Qəbələ şəhər stadionu, 16:00 (canlı, CBC Sport)

Son xəbərlər

Orphus sistemi