Yuxarı

​"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb

Ağdam klubu Dudelanjı turnirdən kənarlaşdırıb

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanı Çempionlar Liqası turnirində təmsil edən Ağdamın "Qarabağ" klubu turnirin III təsnifat mərhələsinə vəsiqə qazanıb

"Report" xəbər verir ki, II təsnifat mərhələsində mübarizə aparan Ağdam klubu bu gün Lüksemburqun "Düdelanj" klubu ilə səfər matçına çıxıb.

Görüşdə hesab 71-ci dəqiqədə "Düdelanj"ın futbolçusu Momar N'Diaye tərəfindən açılıb – 1:0. Məğlubiyyətlə barışmayan Ağdam klubu oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Almeydanın qolu ilə hesabda bərabərlik yaradıb – 1:1.

Bakıda keçirilən ilk qarşılaşma 2:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatdığından (ümumi hesab 3:1) mərhələ adlayan Azərbaycan klubu olub. "Qarabağ" bu mərhələdə Çüxiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi