Yuxarı

"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki çıxışına görə qazancı açıqlanıb

878.570 avro vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb

Bakı. 27 yanvar. REPORT.AZ/ "Qarabağ" klubu Avropa kuboklarındakı çıxışı qarşılığında UEFA-nın ayırdığı vəsaitə qovuşub. "Report"un məlumatına görə, 878.570 avro vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb. 

Bu vəsaitin biri hissəsi – 529.000 avro Avropa Liqasının 2015/2016-cı il mövsümünün qrup mərhələsində 1 qələbə və 1 heç-heçəyə görə UEFA-nın ayırdığı bonus məbləğ, 349.570 avro isə "Maliyyə Fair Play"inə əsasən ayrılmış vəsaitdir.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində Belçika "Anderlext"ini Bakıda 1:0 hesabı ilə məğlub edib, Fransa "Monako"su ilə heç-heçə edib - 1:1.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi