"Qarabağ"dan ayrılan futbolçu: "Atromitos"a qayıtmaqdan məmnunam"

"Qarabağ"dan ayrılan futbolçu: "Atromitos"a qayıtmaqdan məmnunam" Çumbinyo: "Bu vəziyyəti dəyişmək üçün əlimdən gələn köməyi etməyə hazıram"
Futbol
29 Yanvar , 2016 17:06
Qarabağdan ayrılan futbolçu: Atromitosa qayıtmaqdan məmnunam

Bakı. 29 yanvar. REPORT.AZ/ "Qarabağ" klubundan ayrılan futbolçu Marinaldo Çiçero da Silva Çumbinyonun yeni klubu rəsmən müəyyənləşib. "Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Yunanıstanın "Atromitos" klubu ilə sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 6 aylıq müqavilə imzalanıb.

O, 86 nömrəli formanı geyinəcək. Həftənin əvvəlində tibbi müayinədən keçmiş braziliyalı oyunçu bu gündən baş məşqçi Trayanos Dellasın rəhbərliyi altında çalışmalara başlayıb. Təcrübəli futbolçu klubun rəsmi saytına açıqlamasında "Atromitos"a qayıtmaqdan məmnun olduğunu bildirib: "Çünki vaxtilə biz Avropa Liqasının qrup mərhələsinə vəsiqəyə çox yaxın idik. Gözəl xatirələrim qalıb. Haradan gəldiyimi də bilirəm və burada özümü çox yaxşı hiss edirəm. Klub rəhbərliyinə və baş məşqçiyə minnətdarlıq edirəm. Çünki danışıqlara başladığımız andan onların mənə inandıqlarını anladım. Bu il komandanın Super Liqanı tərk etmə təhlükəsi ilə üzləşdiyini və oyun keyfiyyətini artırmasına ehtiyac duyulduğunu bilirəm. Bu vəziyyəti dəyişmək üçün əlimdən gələn köməyi etməyə hazıram. Bu işdə azarkeşlər də bizim yanımızda olmalıdırlar".

Qeyd edək ki, Çumbinyo 2012-2013 mövsümündə də "Atromitos"un şərəfini qoruyub. Son 2,5 ildə isə o, "Qarabağ"da çıxış edib. 

Son xəbərlər

Orphus sistemi