"Qarabağ" - "Atletiko" oyununa gedəcək azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq

"Qarabağ" - "Atletiko" oyununa gedəcək azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq Tərəfdarlar ictimai dayanacaqdan qarşılaşmanın başlamasından üç saat əvvəl istifadə edə bilərlər
Futbol
16 Oktyabr , 2017 14:14
Qarabağ - Atletiko oyununa gedəcək azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Qarabağ” klubu azarkeşlərin Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniya təmsilçisi “Atletiko” ilə oyuna rahat gedib-gəlmələri üçün tədbir görəcək.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun üçün ictimai dayanacaq azarkeşlərin xidmətində olacaq.

Tərəfdarlar avtodayanacaqdan qarşılaşmanın başlamasından üç saat əvvəl - saat 17:00-dan etibarən istifadə edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçına bilet satışa davam edir. Azarkeşlər oktyabrın 17-dən etibarən biletləri Bakı Olimpiya Stadionunun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi