"Qarabağ" - "Arsenal" oyunu üçün ictimai dayanacaq təşkil olunacaq

"Qarabağ" - "Arsenal" oyunu üçün ictimai dayanacaq təşkil olunacaq Bakı. 2 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın UEFA Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələnlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər.
Futbol
2 Oktyabr , 2018 11:53
Qarabağ - Arsenal oyunu üçün ictimai dayanacaq təşkil olunacaq
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın UEFA Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələnlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər.

Arenanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, nəzərdə tutulan yerlər dolduqdan sonra digər avtomobillərin girişinə icazə verilməyəcək. Böyükşor bulvarı boyunca “Dayanma və Durma” nişanının təsiri olan ərazilərdə avtomobil saxlamaq qəti qadağandır.

Oyuna gələrkən şəxsiyyət vəsiqəsi tələb olunmur, yalnız bilet lazımdır. Biletləri iTicket.az saytından və kassalarından əldə etmək mümkündür. Onlayn alınan biletlər “iTicket”in kassalarında real biletə dəyişdirilməlidir.

Stadiona kənar qida və suların keçirilməsi təhlükəsizlik məsələləri ilə bağlı qadağandır.

Stadionun qapıları oyun günü başlama vaxtından 3 saat öncə - 17:55-də açılacaq.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı saat 20:55-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi