Yuxarı

​"Qarabağ" - "Anderlext" oyununa 5000 bilet satılıb

Belçika klubu Bakıya sabah gələcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın Bakıda Belçika "Anderlext"i ilə keçirəcəyi oyuna 5000 bilet satılıb. Ağdam klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bilet satışı əsasən səhər və axşam saatlarında daha da intensivləşir.

Artıq Belçika təmsilçisinin Bakıya gələcəyi vaxt da müəyyənləşib. Qonaq komanda sentyabrın 30-da günorta saatlarında paytaxtda olacaq. Sabah həm "Qarabağ", həm də "Anderlext"in baş məşqçisinin iştirakı ilə mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 22:00-da start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi