"Qarabağ"a qol vuran futbolçu: "Ən önəmlisi qələbə qazanmağımızdır”

"Qarabağ"a qol vuran futbolçu: "Ən önəmlisi qələbə qazanmağımızdır” Bakı. 21 sentyabr. REPORT.AZ/ “Avropa Liqasında ilk qolumu vurduğum üçün xoşbəxtəm. Bu, hər zaman xüsusidir. Amma ən önəmlisi qələbə qazanmağımızdır”.
Futbol
21 Sentyabr , 2018 10:17
Qarabağa qol vuran futbolçu: Ən önəmlisi qələbə qazanmağımızdır”
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Avropa Liqasında ilk qolumu vurduğum üçün xoşbəxtəm. Bu, hər zaman xüsusidir. Amma ən önəmlisi qələbə qazanmağımızdır”.

“Report” “A Bola”ya istinadən xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin I turunda Portuqaliya təmsilçisi “Sportinq”in “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etdiyi görüşdə ilk qolu vuran Rafinya deyib.

Matçın 54-cü dəqiqəsində hesabı açan, 88-ci dəqiqədə isə komanda yoldaşı Jovane Kabrala məhsuldar ötürmə verən braziliyalı forvard bildirib ki, oyun gözlədikləri kmi çətin keçib: “Qarabağ” matça çox ciddi hazırlaşmışdı. Amma biz bu səddi adlamağı bacardıq. Yarışa qələbə ilə başlamaq çox vacibdir. Bundan sonra da öz oyunumuzu sərgiləyərək, qalibiyyət haqda düşünməliyik”.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 4-də II tur çərçivəsində İngiltərənin “Arsenal” komandasını qəbul edəcək. “Sportinq” isə Ukraynada “Vorskla”nın qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi