Yuxarı

"Qarabağ" klubunun Avropa Liqasındakı rəqibləri məlum olub

Ağdamlılar Milanın İnter komandası ilə bir qrupa düşüblər

Bakı. 29 avqust. REPORT.AZ/ UEFA Avropa Liqasının püşkətma mərasimi keçirilib.

Report xəbər verir ki, püşkatmanın nəticələrinə görə Ağdamın "Qarabağ" klubunun rəqibləri məlum olub.   

Azərbaycan klubu F qrupuna düşüb - onun rəqibləri "İnter"  (İtaliya), "Dnepr" (Ukrayna), "Sent-Etyen" (Fransa) komandaları olacaq.

Xatırladaq ki, dünən "Qarabağ" Hollandiyanın  "Tvente" klubu ilə heç-heçə oynayıb və səfərdə vurulan qol sayəsində Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi