"Qalatasaray" Türkiyə Superkubokunun qalibi olub

"Qalatasaray" Türkiyə Superkubokunun qalibi olub Futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olub.
Futbol
8 Avqust , 2019 02:12
Qalatasaray Türkiyə Superkubokunun qalibi olub

Futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olub.

“Report” xəbər verir ki, kubok uğrunda mübarizədə "Qalatasaray" və "Akhisar Bələdiyyəspor" qarşılaşıb.

Ankaranın "Eryaman" stadionunda keçirilən görüş İstanbul klubunun 1:0 hesabı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 38-ci dəqiqədə "Qalatasaray"ın yarımmüdafiəçisi Yunes Belanda vurub.

Beləliklə, "Qalatasaray" 16-cı dəfə Türkiyə Superkubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi