"Qalatasaray" Terimin qayıdışından sonra ilk oyunda qələbə qazanıb

"Qalatasaray" Terimin qayıdışından sonra ilk oyunda qələbə qazanıb Komanda "Göztəpə"ni 3:1 hesabı ilə məğlub edib
Futbol
25 Dekabr , 2017 00:54
Qalatasaray Terimin qayıdışından sonra ilk oyunda qələbə qazanıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu ölkə çempionatının 17-ci turunda "Göztəpə"ni qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb.

“Report” xəbər verir ki, oyunda hesabı 9-cu dəqiqədə qonaqlar açıb.

Ardınca "Qalatasaray" 19, 53 və 70-ci dəqiqələrdə ardarda fərqlənərək matçı qələbə ilə başa vurub.

"Qalatasaray" bu gün yeni baş məşqçi Fatih Terimin rəhbərliyi altında ilk oyununu keçirib. Təcrübəli mütəxəssis bu həftə karyerasında dördüncü dəfə kluba rəhbər təyin edilib.

Hazırda "Qalatasaray" milli birincilikdə ikinci pillədə qərarlaşıb və lider "İstanbul Başakşəhər"dən bir xal geri qalır.

Türkiyə Superliqası. 17-ci tur

"Qalatasaray" – "Göztəpə" - 3:1

0:1 – Yahoviç – 9 (pen), 1:1 – Rodriqes – 19, 2:1 – Oztəkin – 53, 3:1 – Maykon – 70.

Son xəbərlər

Orphus sistemi