Yuxarı

"Qalatasaray" "Qəbələ"nin rəqibinin futbolçusunu transfer edib

Borussiyasının futbolçusu ilə 3 illik müqavilə imzalanıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu yeni transferi Kevin Qrosskroytsu rəsmən açıqlayıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu ilə 3 illik müqavilə imzalanıb.

Keçid üçün İstanbul təmsilçisi Dortmund klubuna 1 milyon 500 min avro ödəyəcək. Bundan əlavə, "Qalatasaray" növbəti mövsümdə Çempionlar Liqasının qrup mərhələsinə qatılacağı təqdirdə, Almaniya təmsilçisinin hesabına 250 min avro köçürüləcək. Futbolçunun özünə isə birinci ilində 1 milyon 850 min, növbəti illərdə isə 1 milyon 500 min avro ödəniləcək. Hər oyun üçün Qrosskroyts 20 min avro qazanacaq.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın yeni transferini qəbul etməyib. Buna səbəb sənədlərin transfer pəncərəsi bağlandıqdan 48 saniyə sonra təqdim edilməsi olub. Artıq klub məsələ ilə bağlı FİFA-ya müraciət edib və ali futbol qurumunun cavabını gözləyir. "Borussiya" Avropa Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi "Qəbələ"nin rəqiblərindəndir. Hər iki komanda Yunanıstan PAOK-u və Rusiya "Krasnodar"ı ilə birgə C qrupunda yer alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi