"Qalatasaray" "Neftçi"də baxışda olan futbolçunu heyətinə qatıb

"Qalatasaray" "Neftçi"də baxışda olan futbolçunu heyətinə qatıb Türkiyənin Qalatasaray klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
9 Yanvar , 2020 19:06
Qalatasaray Neftçidə baxışda olan futbolçunu heyətinə qatıb

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report"un "TRTSpor"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Eskişehirspor"dan Jesse Sekidikanı heyətinə qatıb. 23 yaşlı nigeriyalı yarımmüdafiəçinin "Qalatasaray"ın ikinci prezidenti Abdurrahim Albayrakla fotosu yayılıb.

Qeyd edək ki, Jesse Sekidika 2019-cu ilin əvvəlində "Neftçi"də baxışda olub. "Ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin oyunçunu bəyənmədiyi üçün müqavilə imzalanmayıb. 

Son xəbərlər

Orphus sistemi