Yuxarı

“Qalatasaray” liderliyə yüksəldi

Türkiyə super liqasında 25-ci turun daha dörd qarşılaşması keçirilib

Bakı. 22 mart. REPORT.AZ/ Türkiyə super liqasında 25-ci turun daha dörd qarşılaşması keçirilib.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ikinci oyun günündə “Kasımpaşa” - “Qalatasaray” görüşü diqqət mərkəzində olub. Belə ki, İstanbul təmsilçisi qələbə qazanacağı təqdirdə liderliyə yüksələcəkdi. Belə də olub. Gərgin keçən oyunda rəqibini 3:2 hesabı ilə məğlub edən “Qalatasaray” xallarının sayını 55-ə çatdırıb.

Turun digər üç oyununda aşağıdakı nəticələr qeydə alınıb:

“Erciyesspor” – “Rizespor” – 0:3, “Mersin” – “Qaziantepspor” – 0:1, “Sivasspor” – “Bursaspor” – 4:1.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi