"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib

"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib İstanbul klub xorvatiyalı İqor Tudorla anlaşıb
Futbol
14 Fevral , 2017 15:12
Qalatasarayın yeni baş məşqçisi müəyyənləşib

Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisinin adı açıqlanıb. "Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, İstanbul klub xorvatiyalı İqor Tudorla anlaşıb.

39 yaşlı mütəxəssislə 1,5 illik razılıq əldə edən "Galatasaray" Tudorun baş məşqçisi olduğu "Kardemir Karabükspor" klubuna 150 min avro təzminat ödəyəcək.

Təyinatın Bakı vaxtı ilə saat 18:00-da başlayacaq İdarə Heyətinin toplantısında rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" dünən axşam hollandiyalı Yan Olde Rikerinklə yollarını ayırıb. Cari çempionatda 3-cü yerdə gedən komanda lider "Beşiktaş"dan 5 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi