Yuxarı

"Qalatasaray" klubu növbəti transferini açıqlayıb

Martin Linneslə 3,5 illik müqavilə bağlanılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu futbolçu Martin Linnesi transfer etdiyini rəsmən açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə 3.5 mövsümlük müqavilə imzalanıb.

Anlaşmaya əsasən, Linnesin keçmiş klubu Norveç "Molde"sinə 2 milyon avro ödənilib. Üstəlik, 500 min avro ilə məhdudlaşdırılması şərti ilə Linnesin start heyətində yer aldığı hər 20 oyun üçün 100 min avro ödəniləcək.

Futbolçunun özünə isə hər oyun üçün 10 min avro ödəniləcək.

Qeyd edək ki, "Qalatasaray" daha öncə "Kasımpaşa"dan Rayan Donku heyətinə qatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi